İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya Kuboku turniri başa çatıb.  6 komandanın iştirak etdiyi nüfuzlu yarışda ölkəmizi “Land of Fire” təmsil edib. Komandamızın heyətində Elçin Camallı, Tito Qaudenzi, Adrian Laplaset və Raul Laplaset yer alıb.  Yanvarın 27-də start götürən denya kubokunda təmsilçimiz ilk 2 matçda qalib gələrək finala yüksəlib. “Land of Fire” həlledici qarşılaşmada Fransa təmsilçisi “Klinik La Preri” ilə üz-üzə gəlib. Reqlamentə uyğun olaraq oyuna rəqib komanda yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq bütün göstəricilərdə Fransa kollektivindən üstün olan komandamız yekunda qələbə qazanıb. Beləliklə, azərbaycanın polo komandası ilk dəfə olaraq Sankt Mortiz qarüstü polo üzrə dünya kubokuna sahib çıxıblar.  Poloçularımıza kubokla yanaşı müxtəlif hədiyyələr də təqdim olunub.

Əlavə edək ki, oyunların keçirildiyi meydana yaxın ərazidə Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunmuş çadır quraşdırılmışdı. Milli adət-ənənələrimizə uyğun şəkildə bəzədilənda Odlar Yurdu Azərbaycanın milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar, Azərbaycanın tarixi arxitekturası, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş olunub.